1. HABERLER

  2. MAGAZİN

  3. ÜZÜN ÜZLƏR GÖRMƏMİŞDİ

ÜZÜN ÜZLƏR GÖRMƏMİŞDİ

Vasif Əlihüseyn (Şair – jurnalist) 1985 – ci ildə Cəlilabad rayon (Svaetlaya – zarya) indiki Muğan kəndində anadan olub. Moskva Sosial Dövlət Universitetinin filologiya və Bakı Slavyan Universitetinin Yaradıcılıq fakulitələrini bitirib.

A+A-

ÜZÜN ÜZLƏR GÖRMƏMİŞDİ

 

Gül kimi qız idin, mən səni sevəndə.

Telefonunda yox idi,

qonşu qızlarından xəbər yollayardım sənə.

 

Necə maraqlıydı,

sənə yolladığım məktublar ananın əlinə

keçəndə.

O, vaxtdan öyrəncəliyəm vallah

İndi də telefonda sənə yazdıqlarımı

anana yollayıram.

 

Gül kimi qız idin, mən səni sevəndə,

üzün – üzlər görməmişdi,

barmağın üzük görməmişdi,

nişanın da qayıtmamışdı.

əllərindən kimsə tutmamışdı.

dilin də, bu qədər uzun deyildi.

kimsə bilməzdi ki, həyasız olacağını.

 

Gözlərinin rəngi kimi deyildi xahsiyyətin,

hər dəfə bir rəngə çalmazdı, yadımdadı.

sənin üçün bütün sevgi şeirləri boş şeydi,

elə romantikada.

sən heç vaxt bilmədin nə istədiyini.

Həyatımdakı qadınlar kimi

səndə tez getdin...

Daş başına olmasın, gör nə gözəl qadının qızısan!

 

 Vasif Əlihüseyn (Şair – jurnalist) 1985 – ci ildə Cəlilabad rayon (Svaetlaya – zarya) indiki Muğan kəndində anadan olub. Moskva Sosial Dövlət Universitetinin filologiya və Bakı Slavyan Universitetinin Yaradıcılıq fakulitələrini bitirib.  Azərbaycan Yazıçılar Birliyinin üzvü və prezident təqaütçüsüdür. “Ayrılığın rəngi” adlı şeirlər kitabının müəllifidir.

 

Önceki ve Sonraki Haberler

HABERE YORUM KAT

UYARI: Küfür, hakaret, rencide edici cümleler veya imalar, inançlara saldırı içeren, imla kuralları ile yazılmamış,
Türkçe karakter kullanılmayan ve büyük harflerle yazılmış yorumlar onaylanmamaktadır.